Ana Sayfa > Özəl > LAÇIN - BÖYÜK TARİXİ ZƏFƏRİMİZDİR

LAÇIN - BÖYÜK TARİXİ ZƏFƏRİMİZDİR


30-05-2023, 18:33. Yazar: sevinc1
LAÇIN - BÖYÜK TARİXİ ZƏFƏRİMİZDİR

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə, yəni Azərbaycanın dədə- baba torpaqları ilə Ermənistan ərazisi arasında Laçın rayonu çox mühim əhəmiyyətə malik coğrafi ərazidir. Düz 28 il bundan əvvəl mənfur, xain qonşularımız tərəfindən bütün sözü gedən dünya təşkilatlarının gözü qarşısında Laçın rayonu işğal olundu. Ermənistan demək olar ki, rayonun bütün infrastrukturunu məhv etdi. Meşələri, təbii sərvətləri, yaşayış evləri, tarixi abidələri qanunsuz dağıdıldı, yandırıldı, istismara məruz qalaraq talan edildi. Eyni zamanda işğal dövründə ermənilər beynəlxalq konvensiyalara görə hərbi cinayət edərək xaricdə yaşayan erməni ailələrini qanunsuz olaraq Laçın şəhərinə və kəndlərinə yerləşdirmişlər.
Laçın rayonunun işğal olunması Azərbaycanda bəzi üzdəniraq siyasi qüvvələrin də dəyirmanına su tökdü. Onların xəyanəti ölkədə yaranan özbaşınalıq və hərcmərclik nəticəsində 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu.
Neçə illər beynəlxalq vasitəçilər ATƏT - in o vaxtkı Minsk qrupu gözdən pərdə asaraq işğal olunan ərazilərə ədalətsiz və qərəzli qərarlarla ermənilərin bu mənfur hərəkətlətini pərdələyirdilər. Artıq zaman dəyişdi. Rəşadətli ordumuz, müdrik prezidentimiz və xalq birliyimiz erməni işğalçılarını torpaqlarımızdan qovdular. Həm döyüş meydanında, həm siyasi meydanda.
Hər birimizin bildiyi kimi İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Laçın rayonu bir müddət Azərbaycan hökümətinin nəzarətindən kənarda qalmışdır. Çünki Ermənistana gedən yol Laçın şəhərinin ortasından keçirdi. Ancaq bu məsələdə uzun danışıqlardan sonra 9 noyabr 2020-ci ildə Rusiya Prezidenti ilə danışıqlardan sonra əldə edildi. Bu məsələ Laçın rayonunun Azərbaycana qaytarılması, yekun Bəyanata salınması ilə nəticələndi. Hal-hazırda Murov dağının altında uzunluğu 12 kilometr olan tunel xətti çəkilir. Beləliklə də biz Şərqi Zəngəzura yol açırıq. Oda Qubadlı-Laçın yolunun inşasına şərait açılır. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayaraq öz doğma yurd - yuvalarına qayıdacaq. Birinci mərhələdə 500 - ə yaxın fərdi ev inşa edildi. Ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. H. Əliyev Fondu tərəfindən məscid və tarixi abidələrimizin inşasına başlanıb. Güləbird və Qorçu kəndlərinin baş planı təsdiqlənib. Laçın şəhərinin bütün su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri və yolları yenidən qurulur. Biz keçmiş məcburi köçkünlər qayıdacağıq və yaradacağıq.
Bu gün keçmiş Qarabağda geniş quruculuq və abadlıq işləri gedir. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı bəzi addımlar atılır. Bu görülən tədbirlər ordan qovulmuş soydaşlarımızın rahat, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Çünki onlar öz dədə-baba torpaqlarına qayıdacaq. Onların Laçında rahat yaşamaları üçün Azərbaycan dövləti bunu təmin edəcəkdir.

Hacıyeva Gülnarə ,
Nəsimi rayon İŞ-nın katibi
Geri dön