Ana Sayfa > Özəl > Teleqram kanallarında Nikol Paşinyan və komandası ittiham edilir

Teleqram kanallarında Nikol Paşinyan və komandası ittiham edilir


30-05-2023, 15:55. Yazar: sevinc1
Teleqram kanallarında Nikol Paşinyan və komandası ittiham edilir

Erməni “TOGARMA” Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyanın sülh müqaviləsi ilə bağlı fikirlərini   təslimçilik adlandıraraq yazır:
“Nikolanın mətbuat xidməti yorulmadan çalışır. Artsaxı təslim etdilər və mifik “Zəngəzus dəhlizi”ni “qorudular”.
Yeri gəlmişkən, tezislər dəyişmir: deyirlər ki, Artsaxdan imtina etməklə bizə sülh gətirirlər, əks halda müharibə olacaq və dövlətçiliyimizi itirəcəyik.
Yəni Ermənistan hakimiyyəti mahiyyətcə təsdiq edir ki, hakimiyyətlərinin 5 ili ərzində diplomatiya və təhlükəsizlik sahəsində heç nəyə nail olmayıblar, hətta bu istiqamətdə deqradasiyaya uğrayıblar və indi bizim taleyimiz milli və dövlət maraqlarından imtina edib-etməməyimizdən asılıdır. Onlar dövlətin başında olmağın nə demək olduğunu dəqiq bilirlərmi?”
Geri dön