Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Prezident İlham Əliyev Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdi”

Eltun Süleymanov: “Prezident İlham Əliyev Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdi”


30-05-2023, 10:36. Yazar: sevinc1
Eltun Süleymanov: “Prezident İlham Əliyev Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə çox ciddi mesajlar verdi”

“İlk növbədə onu qeyd etmək lazımdır ki, Laçın şəhərinin tamamilə düşməndən təmizlənməsi qısa müddətdə burada məskunlaşmanın təmin edilməsi baxımından çox ciddi bir addımdır. İşğaldan azad edildikdən sonra burada aparılan bərpa-quruculuq işləri, yeni kəndlərin salınması, şəhər mərkəzinin yaşayış üçün qısa müddətdə şəraitin yaradılması onu göstərir ki, ölkə başçısı ərazinin tezliklə məskunlaşdırılmasında, yerli əhalinin təhlükəsiz şəkildə ata-baba yurduna qaytarılması xüsusi önəm daşıyır. Bu mənada cənab prezidentin həyata keçirdiyi siyasət xüsusi diqqət çəkir.
Dünən- mayın 28-də ölkə başçısının bu əlamətdar günü məhz Laçın şəhərində buraya qayıdan 20 ailə birlikdə qeyd etməsi hər bir Azərbaycan vətəndaşına üçün qürur hissi, sevinc hissi yaşatdı. Cənab Prezident illərlə həsrətini çəkdiyimiz bu günlərin reallaşması yolunda atılan addımların nə qədər çətinliklərdən keçdiyini dilə gətirdi və çox ciddi mesajlar verdi. Ölkə başçısı qeyd elədi ki, Laçının işğalı o zamankı hakimiyyətin səbatsızlığının, zəifliyinin nəticəsi idi və uzun illər boyunca bu qara ləkənin silinməsi üçün aparılan mübarizə nəhayət sona çatmışdır. İndi isə mübarizənin yeni forması- quruculuq, abadlıq və əldə olunmuş qələbənin möhkəmləndirilməsi dövrü başlamışdır. Cənab Prezident “Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.-deyə aparılan mübarizənin bundan sonra da davam edəcəyini, Xalqımızın öz torpağına, Vətəninə sahibliyinin əbədiyyətə qədər davam edəcəyini bildirdi.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd etdi ki, “Bu gün dövlət başçısının istər beynəlxalq siyasi sferada olsun, istərsə də daxildə apardığı islahatların, gördüyü işlərin, qəbul etdiyi qərarların əsas bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da uzun vədədə öz ayaqları üstündə saxlamaq, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı duruma düşməsinə şərait yaratmamaqdır. Çünkü qlobal müstəvidə müstəqil siyasi qərarlar üçün güclü iqtisadiyyat ən əsas şərtdir. Bunu mütləq nəzərə almaq lazımdır ki, 30 illik işğal dövründə Azərbaycan və Ermənistan qlobal bir oyunun subyektləri idisə, 44 günlük müharibə ilə bu geosiyasi reallıq tamamilə dəyişdi. Daşlar yerindən oynadı. Bu oyunu 30 il "idarə edən" güclərin gözləmədiyi halda Azərbaycan "münaqişənin" subyektindən bu münaqişəni həll edən tərəfə çevrildi və erməni işğalına son qoyaraq bu gün yeni geosiyasi reallığı dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə qəbul etdirməyi bacardı.
Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir. Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq. Bundan əlavə, Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında Beynəlxalq Hava Limanının inşası hər iki rayonun növbəti dövrdə stareji əhəmiyyətini daha da artıracaq. Laçında inşa ediləcək hava limanı bütövlükdə bölgənin potenisalının təbliğ edilməsi və təhlükəsizliyin formalaşması baxımından əhəmiyyətlidir. Düşünürəm ki, bu, əslində regionun təhlükəsizliyinə dəstəkdir. Eyni zamanda, hər iki rayonun turizm potensialının böyük olması Laçın Beynəlxalq Hava Limanının rentabelli işləməsinə səbəb olacaq. Bu, artıq beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi, həmin ərazidə istehsal olunacaq qeyri-neft məhsullarının daha böyük coğrafiyaya, daha böyük bazarlara çıxarılması deməkdir.”

Eltun Süleymanov əlavə olaraq bildirib ki, “Prezident hələ Vətən müharibəsinin gedişində Ordusunun qəhrəman-igid oğullarının qəhrəmanlığını hər dəfə xüsusi ilə qeyd edərək, onların qəhrəmanlığı ilə bağlı çıxışlara həssaslığ ilə yadda qalırdı. Dövlət başçısı bu dəfə də Ali Baş Komandanı olduğu Ordunun əsgərlərini, zabitlərini yad edib: "Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", - söyləyən dövlətimizin başçısı onu da qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Prezident İlham Əliyev onların qəhrəmanlığının heç vaxt unutmayacağını bildirərək deyib: "Onların qəhrəmanlığı, şücaəti sayəsində biz, bax, bu gün burada oturmuşuq və bu gün bu torpaqlarda həyat canlanır".
Azərbaycan müharibə, savaş tərəfdarı deyil və bölgənin yenidən hərbi poliqona çevrilməməsi üçün əlindən gələni edir. Azərbaycan sülh təşəbbüsündəki səmimiyyətini istər Vaşinqton, istər son Brüssel görüşündə də aydın şəkildə nümayiş etdirdi. Hətta Avrasiya İqtisadi İttifaqının (Aİİ) 3 gün əvvəl Moskvada keçirilən sammitinə də qonaq qismində qatılan Azərbaycanın məqsədi məhz Ermənistan baş naziri ilə növbəti dəfə burada üçtərəfli formatda görüşüb, sülh istiqamətində həlledici addımlar atılması ilə bağlı idi. Amma gördük ki, Ermənistan tərəfi yekun sülhün imzalanmaması üçün bu dəfə də həm həm diplomatik masad, həm də şərti sərhəddə vəziyyəti gərginləşdirmək məqsədi ilə təxribatyönlü qərarları ilə diqqət çəkdilər. Müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan qaçmağa cəhd edən ermənistanın bu siyasətinin səbəbi onun müstəqil siyasət yürüdə bilməməsidir. Onun-bunun ətəyindən tutmaqda, ayaqlarını yalamaqda kifayət qədər təcrübəli olan ermənilər hələ də yeni ətələr, yeni ayaqlar axtarışındadır. Cənab Prezident onların bu xam xəyallarını ifaşa etməklə həm də artıq bunun mümkün olmayacağını bildirdi: “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.”
Bəli, bu gün Azərbaycan xalqı öz qələbəsini də qurub yaratmaqla, doğma yurd-yuvada məskunlaşmaqla qeyd edir. Qarabağ yenidən qurulur, yenidən dirçəlir. Kimsə bu torpaqlarda ağalıq etmək xülyasına düşdüyü təqdirdə isə qarşısında güclü azərbaycan Ordusunu və müzəffər ali baş Komandanı görəcəkdir. Prezident İlham Əliyev Laçında həm Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə məhz bu mesajı verdi.
Geri dön