Ana Sayfa > Ölkə > AYB Sumqayıt bölməsində silsilə tədbirlər davam edir

AYB Sumqayıt bölməsində silsilə tədbirlər davam edir


28-05-2023, 11:20. Yazar: sevinc1
AYB Sumqayıt bölməsində silsilə tədbirlər davam edir

Heydər Əliyev-100

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsində Sumqayıt Dövlət Rəsm Qalereyasının təşəbbüsü, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, S.Vurğun adına Mərkəzi Kitabxana, N.Gəncəvi adına Kitabxana Klubun birgə təşkilatçılığı ilə "Heydər Əliyev- 100" çərçivəsində "Ruhumuzun binəsi" adlı mədəniyyət festivalı keçirilib.
Festival N. Gəncəvi adına Kitabxana Klubun və Sumqayıt Dövlət Rəsm Qalereyasının Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən kitab və rəsm sərgisinin nümayişi ilə başlayıb.
Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlı Heydər Əliyevin siyasi fəaliyyəti ilə yanaşı Azərbaycan mədəniyyəti üçün gördüyü işlərdən danışıb.
Ayb Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin 2023-cü ilin Respublika Prezidenti, Ulu öndərin layiqli davamçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyev ili olduğunu deyib, Sumqayıtda da yubiley tədbirlərinin böyük coşqu və ruh yüksəkliyi ilə keçirildiyini xüsusi vurğulayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Humanitar və ictimai- siyasi məsələlər üzrə müdir müavini Fərman Kazımov çıxışında bildirib ki, Azərbaycanın milli müstəqilliyinin 70 ildən sonra bərpası dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, qeyd edib ki, Heydər Əliyev mənsub olduğu xalqa və millətə dövlət müstəqilliyini qazandıran əvəzsiz liderdir. Onun ədəbiyyatımız və mədəniyyətimiz üçün də gördüyü işlər danılmazdır.
Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, Artacın Sumqayıt üzrə xüsusi müxbiri Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, S. Vurğun adına Mərkəzi kitabxananın müdiri Natavan Axundzadə, N. Gəncəvi adına Kitabxana Klubun müdiri Ülviyyə Quliyeva, S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq bölməsinin müdiri Yeganə Hüseynova tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib, Heydər Əliyevin Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün isə ümumbəşəri dəyər olduğunu vurğulayıb, onun Azərbaycanın siyasi həyatındakı xidmətlərindən söz açıblar.
Ofelya Babayeva, Əşrəf Veysəlli, Rafiq Yusifoğlu, Mənsurə Xələfbəyli, Rəfiqə Şəms, Xatirə Fərəcli, İbrahim İlyaslı, Lilpar Cəmşidqızı, Əliyar Mərdiyev, Ədalət Əroğlu, Mirzəcan Ağabalayev, Səadət Salmanqızı, Aygün Hacıyeva öz şeirlərini oxuyublar.
Azərbaycanın Milli qəhrəmanı Polad Həşimov adına 28 saylı və Qubadlı rayon Xıdırlı kənd orta məktəbinin şagirdlərinin ifasında Heydər Əliyevə və 28 may Respublika gününə həsr olunan şeir və mahnılar tədbirə başqa bir ovqat və rəng qatıb.
Sonra tədbir iştirakçıları S. Vurğun adına Mərkəzi kitabxananın oxucusu Dəniz İsmayılzadənin ifasında yazıçı, ssenarist, kultroloq Hafiz Ataxanlının ssenarisi əsasında hazırlanan "Xurşidbanu Natəvanın Şuşa düşüncələri bu gün" adlı monotamaşaya baxdılar. Monotamaşa çox böyük marağa səbəb olub.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin bu festivalın keçrilməsinə şərait yaratdıqlarına görə Sumqayıt şəhər İcra Hakimiyyətinə və bu işdə onlara dəstək olan hər kəsə təşəkkürünü bildirib
Daha bir tədbir isə 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
AYB üzvü, istedadlı şair Arzu Göytürklə keçirilən görüş Azərbaycan Respublikasının himni ilə başlayıb, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi yad edilib.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ölkəmizin hər yerində,o cümlədən Sumqayıtda da Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini vurğulayıb, Heydər Əliyevin ədəbiyyata, sözə, sənətə və sənətkara olan münasibətindən söz açıb. Eyni zamanda Arzu Göytürk yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Şəhid analarına dəstək ictimai birliyinin rəhbəri Ceyran Axundova və digər şəhid anaları öz çıxışlarında tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ziyalıları tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açıblar.
Sonra qələm adamları və şəhər ziyalıları-Rafiq Yusifoğlu, Təbrik Quliyev, Fariz Orduxanov, Xatirə Fərəcli, İdris Babayev, Səttar Laçınlı, Xanım Bağırlı, Fəridə Musəvi, Natiq Nəcəfzadə, Gülnar Ümid, Xuraman Rzayeva, Vüsal Ağa, Gülvin Gülpınar, Elbrus Qayalı, Lilpar Cəmşidqızı, Ədalət Əroğlu, Ruhiyyə Qarabağlı, Əliyar Mərdiyev, Cəbrayıl Qənbər çıxış edərək Arzu Göytürk yaradıcılığının məziyyətlərindən danışıblar.
Arzu Göytürkün bədii qiraətçilər Müşfiqə Baləddinqızı, Müşfiq Cənnətov, Günel Türksoy, və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirlərinin ifasında səslənən şeirləri hamı tərəfindən maraqla qarşılanıb.
Sazlı-sözlü şirvan xanəndələri Səfalı Mirzəliyev, Taleh Orucov, İsmayıl Abbasov və başqalarının oxuduğu mahnılar məclisə başqa bir ab-hava bəxş edib.
Sonda Arzu Göytürk tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək, yeni şeirlərini oxuyub, oxucuların çoxsaylı suallarını cavablandırıb.
Geri dön