Ana Sayfa > Özəl > 28 may Müstəqillik günü

28 may Müstəqillik günü


27-05-2023, 21:16. Yazar: sevinc1
28 may Müstəqillik günü

1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.Müsəlman ailəmində ilk demokratik dövlət quruluşu yaratmış Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
1918-ci il mayın 28-də İstiqlal Bəyamnaməsinin imzalamaqla Azərbaycan müstəqilliyini bir daha bütün dünyaya bəyan etmiş oldu.Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cumhuriyyəti qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çox saylı qanunlar qəbul etmişdir.
Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi.Dünya birliyi tərəfindən tanınan Xalq Cumhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşeviklər işğalından sonra Aqzərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu öndər Heydər Əliyev Prezident seçildi.Həmin seçimlə qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.Ulu öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasınl müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq jüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətin ərazi və bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Bütün həyatını xalqa sədaqətlə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir.Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir.İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Önder Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sesiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokrati, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər gördü.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə qaldırılmış İstiqlal bəyamnaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.Prezident İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubleyi, həmçinin Cumhuriyyətin 100 illik yubleyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
2021-ci il 15 oktyabr tarixində Müstəqillik günü haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur.Sözügedən qanunla 28 may Müstəqillik Günü, oktyabrın 18-i, isə Müstəqilliyin bərpası günü elan olunmuşdur.Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.Azadlıq meydanında paradlar çox keçirilib.Ancaq bu paradın xüsusi önəmi var.Bu, Zəfər paradıdır.Bu, tarixi hadisədir.Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Nəsimi rayonu 19 nömrəli tam orta məktəbin Tarix müəllimi
Məmmədova Gülnarə
Geri dön