Ana Sayfa > Media > Tailand şahzadəsinin Almaniyaya ÇILPAQ səfəri qalmaqala səbəb olub

Tailand şahzadəsinin Almaniyaya ÇILPAQ səfəri qalmaqala səbəb olub


22-07-2016, 12:30. Yazar: admin

Varis təyyarədən ona yaraşmayan formada düşüb


Taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşüb.

63 yaşlı Tailand şahzadəsi Maha Vaçiralonqkornun Almaniyaya səfəri qalmaqal ilə başlayıb.

Münhen şəhərinə həyat yoldaşı ilə birgə səfərə gələn taxt-tacın varisi təyyarədən ona yaraşmayan formada düşüb - əlində ağ pudel, əynində isə ağ mayka və cins şalvar. Şahzadənin bədəninə yazılmış tatuaj da çöldə qalıb.

Nəşr bildirir ki, şahzadənin kostyumda olan 30 mühafizəçisi ondan daha səliqəli görsənirdi.

Almaniya KİV-in məlumatına əsasən, Maha Vaçiralonqkorn Münhenə həyat yoldaşına Ştarnberq gölü sahilində aldığı villanı göstərməyə gəlib. İqamətgahın qiyməti 10 milyon dollardır.

Qeyd edək ki, Maha Vaçiralonqkorn 1946-cı ildən Tailand kralı olan Pxumipon Adulyadetin oğludur.



Tailand şahzadəsinin Almaniyaya ÇILPAQ səfəri qalmaqala səbəb olub
Geri dön