Ana Sayfa > Özəl > Narkomaniya və erkən nikahlara qarşı mübarizə tədbiri
Narkomaniya və erkən nikahlara qarşı mübarizə tədbiri27-05-2023, 12:35. Yazar: sevinc1 |
Bu günlər Lerik rayonu, Bülüdül kənd tam orta məktəbində Lerik rayon Prokurorluğunun, Lerik rayon Gənclər və İdman İdarəsi, Lerik rayon Polis şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə narkomaniya və erkən nikahlara qarşı mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə Lerik rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Ülfət Novruzov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Lerik rayon Təhsil sektorunun məsul əməkdaşı Mehman Rəcəbov, Bülüdül kənd tam orta məktəbinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər. Tədbir zamanı narkomaniyanın insanın sağlam həyatına gətirdiyi ağrılardan, bu bəşəri bəlaya qarşı mübarizənin əhəmiyyəti, mübarizə metodu kimi məktəblərdə belə maarifləndirmə işinin daim aparılması barədə danışılıb, həmçinin məktəbli və valideynlərlə erkən nikahların yol açdığı fəsadlardan söhbət açılıb. Tədbirdə görüş iştirakçıları daha çox düşündürən, narahat edən suallara polis polkovnik-leytenantı Ülfət Novruzov cavab verib. Zəfər Orucoğlu , Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |