Ana Sayfa > Özəl > Azərbaycan dövlətinin heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur
Azərbaycan dövlətinin heç bir ölkəyə qarşı ərazi iddiaları yoxdur27-05-2023, 12:33. Yazar: sevinc1 |
Azərbaycanın Avrasiya məkanında mövqeləri getdikcə möhkəmlənir. May ayının 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına cənab Prezident İlham Əliyevin dəvət olunması da bir daha bunu göstərir ki, bu təşkilata üzv dövlətlər Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində son dərəcə maraqlıdırlar. İclasda çıxış edən möhtərəm dövlət başçımız bildirdi ki, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin bütün digər üzvləri ilə uğurla əməkdaşlıq edir. Bu əməkdaşlığın yüksək effektivliyini aşağıdakı rəqəmlərdən də görmək olar. Belə ki, təkcə ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Əlbəttə ki, bu göstəricilər heç də son hədd deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən və özünün nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirən Azərbaycan indi bütün istiqamətlərdə daşımaları həyata keçirmək imkanına malikdir və bu imkanlar getdikcə artır. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Bütün bunlar barədə öz çıxışında açıqlama verən cənab Prezident İlham Əliyev həmçinin bildirdi ki, Bakıda artıq bir neçə ildir ki, fəaliyyət göstərən və bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma zavodunda bu gün Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Həmçinin dövlətimizin başçısı digər strateji əhəmiyyət daşıyan logistik layihələr barədə də öz fikirlərini səsləndirdi. O cümlədən qeyd olundu ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu isə Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Diqqət mərkəzinə çəkilən daha bir vacib məqam da Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı oldu. Xüsusi olaraq vurğulandı ki, beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq bu nəqliyyat dəhlizi bütün regionun sürətli inkişafına səbəb olacaq. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidən yaradılan infrastrukturlar ölkəmizin iqtisadi gücünü, imkanlarını bir qədər də genişləndirəcək. Bu gün Azərbaycanda artıq 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi məhz işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport isə hazırda azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Məlumdur ki, Azərbaycan hər zaman öz qonşularının da maraqlarını düşünüb və regional inkişafın bərqərar olmasına daim əhəmiyyətli töhfələr verib. Aydındır ki, bu gün Cənubi Qafqazda sülh və əmin-amanlığın, davamlı inkişafın yolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin bağlanmasından keçir. Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, bu gün sülh gündəliyi öz aktuallığını qoruyur və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Təəssüflər olsun ki, Ermənistanın baş naziri hər zaman olduğu kimi, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında da öz fantaziyalarını təqdim etməklə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdən özünü saxlaya bilmədi. Hər kəs bilir ki, Azərbaycan dövlətinin Ermənistana qarşı heç bir ərazi iddiaları yoxdur. Dövlət başçımızın öz çıxışında səsləndirdiyi “dəhliz” sözü isə beynəlxalq termindir və heç də kiminsə ərazisinə göz dikmək mənasını vermir. Həmçinin Azərbaycan heç bir dəhlizi də bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində isə bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Lakin bütün bunlara rəğmən Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı nəzərə alınarsa, sülh sazişinə nail olmaq üçün imkanların olduğunu demək olar. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan rəhbərliyinin bu xüsusda bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Lütvəli Şıxəliyev, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Geri dön |