Ana Sayfa > Siyasət > Portuqaliya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı

Portuqaliya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı


26-05-2023, 16:52. Yazar: sevinc1
Portuqaliya Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanladı

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

aia.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram".

aia.az
Geri dön