Ana Sayfa > Özəl / Cəmiyyət > “Adət” tamaşası Siyəzən rayonunda nümayiş etdirilib

“Adət” tamaşası Siyəzən rayonunda nümayiş etdirilib


26-05-2023, 16:03. Yazar: sevinc1
“Adət” tamaşası Siyəzən rayonunda nümayiş etdirilib

Azərbaycan İnformasiya Agentliyinin Şimal zonası üzrə bölgə müxbiri xəbər verir ki, Siyəzən rayon Mədəniyyət Mərkəzində “Adət” tamaşası nümayiş etdirilib.

Mədəniyyət Nazirliyi  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş  silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verilib.


Qastrol səfərləri çərçivəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi tərəfindən 25 may 2023-cü il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşası nümayiş etdirilib.


Tamaşanı izləyənlər arasında Siyəzən rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov da olub.

Qusar Dövlət Ləzgi Dram Teatrının istedadlı aktyorları tərəfindən hazırlanan tamaşa rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön