Ana Sayfa > Ölkə > Mayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Mayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi


25-05-2023, 16:05. Yazar: sevinc1
Mayın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.

Bu barədə aia.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, bundan əvvəl, mayın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, mayın 16-da isə bölgələr üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların may ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


aia.az
Geri dön