Ana Sayfa > Özəl > Priqojin, "Vaqner"MHQ bölmələrinin Artemovskdan çıxarılmasına başladığını elan etdi.

Priqojin, "Vaqner"MHQ bölmələrinin Artemovskdan çıxarılmasına başladığını elan etdi.


25-05-2023, 15:21. Yazar: sevinc1
Priqojin, "Vaqner"MHQ bölmələrinin Artemovskdan çıxarılmasına başladığını elan etdi.

"Vaqner" Artemovskdan (Baxmut) öz hissələrini çıxarmağa başladı. Bu barədə “Vaqner”in rəhbəri və təsisçisi Yevgeni Priqojin məlumat verib. "Vaqner" –in döyüşçüləri Artemovskdan arxa tərəfə ayrılır, burada dincələcək və avadanlıqları təmir edəcəklər. Yevgeni Priqojin bildirib ki, şəhərdəki mövqelər iyunun 1-dək hərbçilərə təhvil veriləcək: “Biz bölmələri Baxmutdan çıxarırıq. Bu gün 25 may, səhər saat 5. İyunun 1-nə qədər biz arxa düşərgələrə köçəcəyik, mövqeləri hərbçilərə təhvil verəcəyik .Döyüş sursatı, mövqelər, hər şey, o cümlədən quru yeməklər belə təhvil veriləcək".
Priqojinin mətbuat xidmətinin teleqram kanalında Priqojinin döyüşçüləri ilə söhbətini əks etdirən video yerləşdirilib. Priqojinə deyirlər ki, avadanlığın təmirə ehtiyacı var. Priqojin döyüşçülərə deyir ki, hərbi hissələr şəhərdən çıxarıldıqdan sonra nizami ordu “sonrakı hücum üçün əməliyyat imkanları” əldə edəcək. Eyni zamanda o bildirib ki, mayın 25-dək MHQ-nin döyüşçüləri Artemovskı yoxlayacaq və orada müdafiə xətləri yaradacaqlar. Bundan sonra şəhər hərbçilərin ixtiyarına veriləcək və vaqnerçilər özləri “istirahət və yenidən hazırlıq üçün” gedəcəklər.
Ertəsi gün, mayın 21-də Müdafiə Nazirliyi Artemovskın tutulduğunu elan etdi. Agentlik bildirir ki, şəhər “Vaqner” hücum dəstələrinin hücum hərəkətləri nəticəsində Cənub Qüvvələr Qrupunun artilleriya və aviasiyasının dəstəyi ilə alınıb, Artemovsk şəhərinin azad edilməsi başa çatıb”. Həmin gün Rusiya prezidenti Vladimir Putin hərbçiləri və vaqnerçiləri şəhərin ələ keçirilməsi münasibətilə təbrik edib və fərqlənənlərin hamısını mükafatlandıracağına söz verib.
DXR rəhbəri vəzifəsini icra edən Denis Puşilin mayın 22-də bildirib ki, Rusiya hərbçiləri şəhəri minalardan təmizləməyə başlayıb.
Kiyev Baxmutun itkisini rəsmən tanımır. Mayın 21-də prezident Vladimir Zelenski Ukrayna ordusunun hələ də şəhərdə olduğunu və “vacib bir tapşırığı yerinə yetirdiyini” söyləyib.

AİA.az
Geri dön