Ana Sayfa > Özəl > Rusiya İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayır

Rusiya İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayır


25-05-2023, 15:17. Yazar: sevinc1
Rusiya İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayır

İsveçin səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona rus diplomatlarının ölkədən çıxarılması üçün cavab tədbirləri barədə məlumat verilib.Diplomata məlumat verilib ki, Stokholmun qarşıdurma kursu ilə əlaqədar Moskva sentyabrın 1-dən Rusiyanın Göteborqdakı Baş Konsulluğunda işi dayandırmaq qərarına gəlib.
“Eyni zamanda, İsveç diplomatik missiyasının rəhbərinə Rusiya tərəfinin 2023-cü il sentyabrın 1-dən İsveçin baş konsulluğunun Sankt_peterburq şəhərində fəaliyyətinə verilən razılığın ləğv edildyi bildirilib.
"İsveç hakimiyyətinin bu hərəkətləri İsveçdə davam edən rusofobiya kampaniyası da daxil olmaqla, görünməmiş aşağı səviyyəyə çatan ikitərəfli münasibətlərdəki vəziyyəti daha da gərginləşdirdi" –dryə nazirlik rəsmisi bildirib.
Səfirə məlumat verilib ki, Rusiya tərəfi cavab olaraq beş İsveç diplomatını, o cümlədən İsveçin Moskvadakı səfirliyinin müdafiə attaşesinin üç əməkdaşını persona non-qrata elan etmək qərarına gəlib.
Onlara İsveç hakimiyyətinin rus diplomatlarının ölkəni tərk etməsi üçün ayırdığı müddət ərzində ölkəni tərk etmək əmri verilib.

AİA.az
Geri dön