Ana Sayfa > Manşet > Prezidentdən Mətbuat Günü münasibətilə mühüm - Sərəncam

Prezidentdən Mətbuat Günü münasibətilə mühüm - Sərəncam


22-07-2016, 11:52. Yazar: admin



Azərbaycan Prezidenti İlham Əliyev ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
Geri dön