Ana Sayfa > Özəl / Dünya > BMT: Fevralın 24-dən Ukraynadan Avropaya 8,24 milyondan çox qaçqın gedib

BMT: Fevralın 24-dən Ukraynadan Avropaya 8,24 milyondan çox qaçqın gedib


25-05-2023, 10:31. Yazar: sevinc1
BMT: Fevralın 24-dən Ukraynadan Avropaya 8,24 milyondan çox qaçqın gedib

Rusiya müharibəsi başlayandan Avropa ölkələrinə Ukraynadan gedən qaçqınların sayı 8 milyon 249 min 55 nəfərə çatıb.

AİA.Az Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) İdarəsinə istinadən xəbər verir ki, son bir həftə ərzində onların sayı 8 766 nəfər artıb.

24 fevral 2022-ci il tarixindən 23 may 2023-cü il tarixədək qaçqınların əksəriyyəti Rusiya ərazisinə keçib - 2 852 395, qəbul edilən qaçqınların sayına görə ikinci yeri Polşa (1 605 738) tutur. Siyahıda sonrakı yerləri Almaniya (1 061 623), Çexiya (520 234), Böyük Britaniya (204 700), İspaniya (179 884), İtaliya (175 107), Bolqarıstan (159 225), Rumıniya (132 362), Fransa (118 994) (118 994) və Slovakiya (116 718), Moldova (108.889) tutur.

Digər ölkələrdə isə bu rəqəm 100 mini keçmir. Qeyd edilir ki, 5 246 661 ukraynalı qaçqın müvəqqəti müdafiə və dəstək üzrə milli proqramlara daxildir.

BMT QAK-nın məlumatına görə, ötən il fevralın 24-dən bu il mayın 23-dək Ukraynadan qonşu ölkələrə 21 milyon 924 min 285 nəfər gedib. Eyni zamanda 13 060 039 nəfər sərhədi əks istiqamətdə keçib.

AİA.Az
Sübhan Məmmədov
Geri dön