Ana Sayfa > Özəl / Təhsil > Sosial-İqtisadi Kollecdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Sosial-İqtisadi Kollecdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib24-05-2023, 19:59. Yazar: sevinc1 |
AİA.Az xəbər verir ki, 24 may 2023-cü il tarixində UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə “Heydər Əliyev İli” çərçivəsində UNEC-də təsdiq edilmiş “Oxu mədəniyyəti” tədbirlər planına əsasən kollec və UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi-100 müzakirə” silsiləsindən növbəti müzakirə keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Kollecin “Mühasibat uçotu və audit” fənn birləşmə komissiyasının müəllimi Təranə Ələsgərova “Heydər Əliyev irsi və Azərbaycan iqtisadiyyatı” , kollecin “Bank işi” şöbəsinin III kurs tələbəsi Rasim Kazımovun “Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətləri” mövzularında çıxış etdilər Daha sonra UNEC Əsaslı kitabxananın müdir müavini Yusif Musayev və UNEC 3 saylı kitabxanasının müdiri Nərminə Abdullayeva çıxış edərək bildirdilər ki, milli dövlətçiliyimizin və müstəqilliyimizin banisi Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətləri olmuşdur. O cümlədən , Ulu Öndərin kitablara verdiyi dəyərdən, mütaliənin insan mənəviyyatının formalaşmasındakı rolundan bəhs etdilər. Sonda UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru p.e.d. Vidadi Orucov çıxış edərək qeyd etdi ki, Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır və Ulu öndər Heydər Əliyevin başladığı quruculuq işləri, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına yönəlmiş daxili və xarici siyasəti bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Geri dön |