Ana Sayfa > Dünya > Zaxarovadan Paşinyana cavab:

Zaxarovadan Paşinyana cavab:


24-05-2023, 18:00. Yazar: sevinc1
Zaxarovadan Paşinyana cavab:

Zaxarova Paşinyanın KTMT-dən çıxması ilə bağlı sözlərini şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-dən çıxması ilə bağlı bəyanatını şərh edib və sözlərlə manipulyasiyanın bütün təhlükəsini dərk etməyə çağırıb.

Bu barədə o, brifinqdə Paşinyanın “Ermənistan de-yure KTMT-dən çıxmaq qərarına gəlsə, bu, KTMT-nin Ermənistandan çıxdığını təsbit etməsi nəticəsində baş verəcək” bəyanatı ilə bağlı sualı cavablandırarkən deyib.

“Əgər bu Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək üçün xüsusi ifadədirsə, mənə elə gəlir ki, sözlərlə olan manipulyasiyanın təhlükəsini başa düşmək lazımdır. KTMT Ermənistanı necə tərk edə bilər ki?.. Söhbətin nədən getdiyi o qədər də aydın deyil”, - deyə Zaxarova bildirib

O qeyd edib ki, Rusiyada Nikol Paşinyanın nə demək istədiyini tam başa düşmürlər.

aia.az
Geri dön