Ana Sayfa > Gündəm > Azərbaycanda 12 dövlət qurumu qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixə qədər Hesablama Palatasına təqdim etməyib.

Azərbaycanda 12 dövlət qurumu qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixə qədər Hesablama Palatasına təqdim etməyib.


24-05-2023, 13:29. Yazar: sevinc1
Azərbaycanda 12 dövlət qurumu qanunvericilikdə müəyyən edilmiş hesabat formalarını müvafiq tarixə qədər Hesablama Palatasına təqdim etməyib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bunlar, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, “BakuBus” MMC, “Aqroservis” ASC, Beynəlxalq Muğam Mərkəzi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Bakı Kristal Zalı” MMC, Minatəmizləmə Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzidir.
Geri dön