Ana Sayfa > Özəl / Dünya > Paşinyan keşişlərin cinsi oriyentasiyasından şübhələnir

Paşinyan keşişlərin cinsi oriyentasiyasından şübhələnir


24-05-2023, 12:05. Yazar: sevinc1
Paşinyan keşişlərin cinsi oriyentasiyasından şübhələnir

Ermənistan mətbuatında bu barədə yazılar ciddi maraq doğurur. Adətən erməni keşişlərinin cinsi oriyentasiyası haqqında arada gəzən söhbətlər getdikcə rəsmi kürsülərdən də səslənməyə başlamışdır.
AİA.az “armeniatoday.news” saytında gedən yazını təqdim edir:
“Ümid edirəm ki, Erməni Apostol Kilsəsində yüksək vəzifə tutan keşişlərin psixi və cinsi sağlamlıqları üçün kifayət qədər şübhə var”-deyə ER baş naziri Nikol Paşinyan jurnalistlərlə görüşü zamanı deyib .
O, Ümumerməni Apostol Kilsəsinin ekklesiologiya üzrə təhsil almaq istəyənlərin sağlamlıq vəziyyəti ilə bağlı inandırıcı dəlillər təqdim etmək şərti ilə ilahiyyat seminariyasına qəbul oluna biləcəyi barədə bəyanatını belə şərh edib: “Kilsənin bəzi nümayəndələri təhqiramiz ritorikadan istifadə etməyə başlayıblar, lakin mən onlara eyni ruhda cavab vermək fikrində deyiləm.”
 Paşinyan əlavə edib ki, kilsə ilə bağlı verdiyi açıqlamalara görə öz mənəvi xidmətini adekvat və vicdanla yerinə yetirən çoxsaylı keşişlərdən üzr istəməyə hazırdır. “Bu bəyanatın müəlliflərinə gəlincə, mən onlara təhqirlə cavab verməyəcəyəm, çünki siyasi rəqibləri təhqir etmək düzgün deyil. Ümid edirəm ki, seminariyanı bitirmiş və kilsədə yüksək vəzifə tutan bütün keşişlər seminariyaya daxil olarkən və onu bitirərkən özlərinin psixi, fiziki və cinsi sağlamlıqları ilə bağlı kifayət qədər arqumentlər və faktlar təqdim etməlidirlər”, - deyə baş nazir bildirib.
Paşinyan may ayında məktəblilərlə görüşündə demişdi ki, kilsə dövlətdən yüksək ola bilməz. “Əgər kilsə siyasi fəaliyyətlə məşğul olmaq istəyirsə, heç nə ona partiya yaratmağa mane olmur. Düşünürəm ki, bu, seçicilərlə daha dürüst olacaq və onlar digər siyasi opponentlərlə eyni səviyyədə olacaqlar”, - baş nazir izah edib. Cavab olaraq ÜAK elan edib ki, ilahiyyat fakültəsi üzrə təhsil almaq istəyənlər müvafiq təhsil standartlarından keçmək və sağlamlıqlarının normal olmasına inandırıcı sübutlar təqdim etmək şərti ilə ilahiyyat seminariyasına qəbul oluna bilərlər.

AİA.az
Geri dön