Ana Sayfa > Özəl > Azərbaycan-Litva münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək səfər

Azərbaycan-Litva münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək səfər


24-05-2023, 09:21. Yazar: sevinc1
Azərbaycan-Litva münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək səfər

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Ümummilli lider Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının inkişafında böyük təkan yarandı və bir çox ölkələrlə xarici iqtisadi münasibətlər quruldu. Azərbaycanın 1996-cı ildən Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə genişlənir.
Bu dövlətlərdən biri də Avropa İttifaqına daxil olan Litvadır. Litva Respublikası Azərbaycanın mustəqilliyini 1991-ci il dekabrın 20-də tanımış və 1995-ci ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Son illərdə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında strateji əməkdaşlığı mümkün və zəruri edən amillər kifayət qədər çoxdur. Qlobal enerji layihələrini, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələri, həmçinin, siyasi əlaqələri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün fundamental əsaslar hesab etmək mümkündür. Azərbaycan-Avropa İttifaqı münasibətlərində diqqəti çəkən əsas məqam isə ondan ibarətdir ki, əlaqələrin dərinləşməsinə istək birtərəfli deyil.
«Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib» sözləri ilə Cənub Qaz Dəhlizinin siyasi, iqtisadi, beynəlxalq əməkdaşlıq əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin proqnozları reallaşır. Cənub Qaz Dəhlizinin əhəmiyyəti onun müasir dünyamızdakı əvəzsiz rolu ilə dəyərləndirilir.
Ötən ilin dekabrında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında  Avropa Komissiyası Prezidentinin iştirakı ilə yaşıl enerjinin ötürülməsinə dair Buxarestdə imzalanan Sazişə uyğun əlavə imkanların yaranacağı şəksizdir. Azərbaycandan Avropaya, bir hissəsi Qara dənizin dibi ilə gedəcək külək enerjisi stansiyalarından ötürmə xəttinin çəkilməsi ilə Günəş və külək enerjisindən əldə olunacaq 25 meqavat həcmində yaşıl enerji tərəfdaş ölkələrə ixrac ediləcək.
«Bu, dünya enerjisinin gələcəyidir və Azərbaycanın gələcəyidir» sözləri ilə ölkəmizin qitə dövlətlərinin enerji təchizatına önəmli töhfə verdiyini qürurla bildirən Prezident İlham Əliyev Sofiyada «Bulgartransgaz”» (Bolqarıstan), «Transgaz» (Rumıniya), FGSZ (Macarıstan) və «Eustream»” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu»”nun imzalanmasını da qitə dövlətlərinin enerji təchizatında Azərbaycanın karbohidrogen ehtiyatlarını etibarlı mənbə adlandırıb. Çünki, bu sənəd Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün alternativ marşrutların təmin edilməsi üzrə əlavə səyləri,” iştirakçı ölkələr arasında məhsuldar münasibətləri, yüksək həmrəyliyi və strateji tərəfdaşlığını təmin edəcək. Bolqarıstanın, Rumıniyanın, Macarıstanın, Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması yeni layihə olan «Həmrəylik Halqası» təşəbbüsünü reallaşdırır və  Cənub Qaz Dəhlizinin ötürücülük imkanları daha da artır. Nəticədə «Həmrəylik Halqası» regionun digər ölkələrinin də bu təşəbbüsə qoşulması üçün imkanlar yaradır.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Geri dön