Ana Sayfa > Özəl / Dünya > Vyaçeslav Qladkov-"Belqoroddan mülki şəxsi təxliyə edə bilib."
Vyaçeslav Qladkov-"Belqoroddan mülki şəxsi təxliyə edə bilib."23-05-2023, 14:00. Yazar: sevinc1 |
Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, dünəndən etibarən yüzə yaxın mülki şəxsi təxliyə edə bilib. AİA.Az xəbər verir ki, bu barədə Qladkov Telegram kanalında məlumat verib. Rayon rəhbərinin sözlərinə görə, onların arasında yataq xəstələri və uşaqlar da var. Qeyd edək ki, mayın 22-də Ukrayna DRQ Qrayvoronski rayonu ərazisinə daxil olub. Belqorod vilayətinin qubernatoru Qladkov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri, sərhəd xidməti, Milli Qvardiya və FSB diversantların məhv edilməsi üçün lazımi tədbirlər görür. Rayon ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. Atışma nəticəsində 12 nəfər yaralanıb. Geri dön |