Ana Sayfa > Ölkə / Təhsil > AzTU ilə 16 şəhər və rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb

AzTU ilə 16 şəhər və rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb


23-05-2023, 17:10. Yazar: sevinc1
AzTU ilə 16 şəhər və rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb

“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə 22 may 2023-cü il tarixində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Lənkəran və Şirvan şəhər, Masallı və Biləsuvar rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb.​

Bu məqsədlə AzTU-nun rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti - Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova Lənkəran və Şirvan şəhərləri, Masallı və Biləsuvar rayonlarında səfərdə olublar.

AzTU-nun rektoru Vilayət Vəliyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başcısı Taleh Qaraşov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun iştrakı ilə keçirilən geniştərkibli görüşlərdə bildirilib ki, müqavilənin Ulu Öndərin 100 illiyi ərəfəsində imzalanması və “Heydər Əliyev İli”ndə icra olunması mühüm hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhfədir. Məhz Ulu Öndər şəhərlərimizin dayanıqlı inkişafına, xüsusilə də yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verirdi.

Görüşlər zamanı “Şəhərdaxili hərəkər (mobillik) planının hazırlanması” layihəsinin başlanmasına start verilərək layihənin gedişatına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dünyaya sürətlə inteqrasiya olunan respublikamızın şəhərlərində mobillik planının işlənib hazırlanması əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə artmasına təkan verəcək.

Belə ki, hazırlanacaq hesabatlar şəhər nəqliyyat infrastrukturunun ümumi inkişafı, ictimai nəqliyyat şəbəkəsinin işinin yaxşılaşdırılması, piyada hərəkətinin təhlükəsizliyinin artırılması və asanlaşdırılması, velosiped yollarının istiqamətinin müəyyən edilməsi, yollarda digər təkmilləşdirmə üzrə tədbirlər “Şəhərdaxili hərəkət (mobillik) planları”nda öz əksini tapacaq.

Natiqlər layihənin dövlətin dəstəyi ilə yaradılmış işgüzar şəraitdə universitet-sənaye əməkdaşlığının ən bariz nümunəsi olduğunu vurğulayıb və tələbə-müəllim-əmək bazarı iştirakçılarının təmas nöqtəsi kimi dəyərləndiriblər.

Bununla da “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə AzTU ilə ümumilikdə 16 şəhər və rayon (Yevlax şəhər, Şəki şəhər, Göyçay rayon, Ağcabədi rayon, Göygöl rayon, Şəmkir rayon, Naftalan şəhər, Mingəçevir şəhər, Tovuz rayon, Quba rayon, Qusar rayon, Xaçmaz rayon, Lənkəran şəhər, Biləsuvar rayon, Masallı rayon və Şirvan şəhər) icra hakimiyyətləri arasılnda müqavilə imzalanıb.

AzTU qeyd olunan bölgələrin cari il ərzində şəhərdaxili mobillik planlarını hazırlayacaq. ​

AİA.Az
Geri dön