Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəydə "Heydər Əliyev ili" ilə əlaqədar dəyirmi masa təşkil edilib

Gədəbəydə "Heydər Əliyev ili" ilə əlaqədar dəyirmi masa təşkil edilib


23-05-2023, 16:27. Yazar: sevinc1
Gədəbəydə "Heydər Əliyev ili" ilə  əlaqədar dəyirmi masa təşkil edilib

AİA.Az xəbər verir ki, bu gün 23.05.2023-cü il tarixdə YAP Gədəbəy rayon təşkilatı 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar olaraq Zəhmətkənd kənd ƏPT-də dəyirmi masa təşkil etdi.
İlk öncə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr müavini Mehdiyev Zaur Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən danışdı.Mövzu ətrafında digər natiqlər -Zəhmətkənd kənd ƏPT sədri Fəzail Kərimov,Zahid Əhmədov,Leyla Vəliyeva və.s çıxış etdilər.
Sonra "2023-cü il Heydər Əliyev ili"elan olunması ilə əlaqədar olaraq silsilə tədbirlərin davamı kimi Gədəbəy rayon Xarxar, Zəhmətkənd və Slavyanka kənd 1 saylı, 2 saylı tam orta məktəblərin IX-XI sinif şagirdləri arasında "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Geri dön