Ana Sayfa > Ölkə > YAP Hacıqabul rayon təşkilatının yeni təyin olunmuş sədri rayon içtimaiyyətinə təqdim edilib
YAP Hacıqabul rayon təşkilatının yeni təyin olunmuş sədri rayon içtimaiyyətinə təqdim edilib23-05-2023, 13:23. Yazar: sevinc1 |
Mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov rayon ictimaiyyətinə təqdim olunub. AİA.Az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin rayonda yerləşən abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri düzərək, Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad etdilər. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Millət Vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov və YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, YAP fəalları və rayon ziyalıları iştirak edirdilər. Tədbiri Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov açdı və sözü Millət vəkili, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədova verdi. Millət Vəkili, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramin Məmmədov çıxış edərək bildirdi ki, ölkəmizin və regionumuzun ən böyük və fenomen partiyası olan Yeni Azərbaycan Partiyası ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin hər zaman önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının sonuncu, 7-ci Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, YAP Sədri Cənab İlham Əliyevin biləvasitə tapşırıq və tövsiyyələri əsasında partiyamız yeni, daha çevik və dinamik idarəetmə sisteminə keçdi. Yeni qəbul edilmiş Nizamnamə daha müasir yanaşmalarla hazırlanmışdır və idarəetmənin daha sürətli təşkilinə yol açır. Nizamnamədə edilmiş dəyişikliklər Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir. Millət Vəkili R.Məmmədov qeyd etdi ki, Yeni Nizamnamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 17 may 2023-cü il tarixli iclasının qərarı və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın Rəhbəri Tahir Budaqovun əmri ilə YAP Hacıqabul rayon təşkilatına 1984-cü ildə anadan olmuş, ali təhsilli, uzun illər YAP Hacıqabul rayon təşkilatında məsləhətçi, aparat rəhbəri və sədr müavini vəzifələrində çalışmış İbrahimov İsmayıl Hüseyn oğlu sədr təyin edilmişdir. Ona məsuliyyətli və şərəfli işində uğurlar arzu edir, göstərilmiş bu yüksək etimadı doğrultmaq üçün var qüvvəsi ilə çalışmağı tövsiyyə edirik. Sonra YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov çıxış edərək ona göstərilən böyük etimada görə başda Partiyamızın sədri, Cənab Prezident İlham Əliyevə, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, I vitse prezident Mehriban xanım Əliyevaya, Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatının Rəhbəri cənab Tahir Budaqova və Yeni Azərbaycan Partiyasınin İdarə Heyyətinin üzvlərinə dərin minnətdarlığımı bildirdi. Bundan sonra da Partiyamıza və dövlətimizə daim sədaqətlə xidmət edəcəyini, ona göstərilmiş böyük etimadı doğruldacağını və YAP Hacıqabul rayon təşkilatının işinin daha da gücləndirilməsi, respublikada sayılan-seçilən təşkilatlardan birinə çevrilməsi üçün var gücümlə çalışacağını qeyd etdi. Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov YAP Hacıqabul rayon təşkilatının əməkdaşlarının hər zaman öz sadiqliyi və keyfiyyətli iş qabiliyyətləri ilə seçilən partiya funksionerlərindən olduqlarını qeyd etdi və Partiyanın 7-ci Qurultayından keçən dövr ərzində partiyada görülən işlərdən, qazanılan uğurlardan söz açdı. Əli Axundov bildirdi ki, bu uğurların davamlı olması, rayon təşkilatının daha da gücləndirilməsi, inkişaf etdirilməsi yeni təyin olunmuş sədrin və ümumilikdə rayon təşkilatının diqqəti mərkəzində olmalıdır. Partiya rayon təşkilatı üzvlərinin nizam-intizamını daha da gücləndirməli, Nizamnamə və Proqram tələblərinə tam məsuliyyətlə əməl edilməli, saf, təmiz və əqidəli insanlar hesabına partiyanın boy sırasının artırılmasını daim diqqət mərkəzində saxlamalı, yeni ərazi təşkilatlarının yaradılmasına nail olmalı, mövcud ərazi təşkilatlarının hesabat-seçki yığıncaqları vaxtında keçirilməli, partiya sənədləri hər zaman düzgün tərtib olunmalı, partiya üzvlərinin sayı və məşğulluq vəziyyəti mütəmadi olaraq dəqiqləşdirilməli, üzvlük haqlarının vaxtında və düzgün şəkildə, qaydalara uyğun olaraq ödənilməsi tam şəkildə təmin olunmalıdır. Bu işlər hər bir partiya üzvünün ən ümdə və başlıca vəzifəsidir. Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov çıxış edərək YAP İdarə Heyətinin qərarını böyük sevinclə qarşıladıqlarını bildirdi və yeni təyin olunmuş sədrə uğurlar arzuladı. Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov çıxış edərək Yeni Azərbaycan Partiyası İdarə Heyətinin və rəhbər orqanlarının qərarlarının vaxtında və yüksək səviyyədə icra edilməsinin hər bir partiya üzvünün borcu olduğunu, partiya fəallarının və rayon ziyalılarının daima rayon təşkilatının ətrafında daha sıx birləşməli olduğunu qeyd etdi və yeni təyin olunmuş sədrə uğurlar arzuladı. Geri dön |