Ana Sayfa > Ölkə / Özəl > Siyəzən rayonunda sahibsiz itlər böyük təhlükə mənbəyinə çevrilib
Siyəzən rayonunda sahibsiz itlər böyük təhlükə mənbəyinə çevrilib22-05-2023, 15:49. Yazar: sevinc1 |
AİA.Az -a açıqlamasında Jurnalist Sübhan Məmmədov bildirir ki, dəfələrlə rayonda olan bəzi Aidiyyatı qurumları və Aidiyyatı orqanları məlumatlandırıb. Lakin indiyə qədər heç bir tədbir görülməyib. Dəfələrlə şahidi olub ki, sahibsiz küçə itləri insanlara qarşı hücum edir. Rayon sakinləri evlərinə qorxa-qorxa gedirlər. Dərs vaxtı bitdikdən sonra evlərinə gedən şagird və valideynlər sahibsiz itlərin hücuma məruz qalır. Jurnalist Sübhan Məmmədov yazır ki, dəfələrlə sahibsiz itlərlə bağlı problemləri işıqlandırmağıma baxmayaraq lakin hələ sahibsiz itlərə qarşı heçbir tədbir görülməyib. Sahibsiz itlərin insanlara hücum edərək onlara xəsarət yetirir. Siyəzəndə küçə itləri binaların ətrafında, bloklarda dövran sürür. Nəinki yaşayış binalarının yaxınlığında, hətta bir çox dövlət idarələrinin düz qabağında, şəhərin mərkəzi yerlərində yolun ortasında, parklarda günün günorta çağı rahatca gəzirlər -otururlar. Marketlerin, restoranların, kafelərin qabağında, uşaq bağçalarının, məktəblərin, stadionların həndəvərində daimi məskən salıblar. İşə tələsən sakinlər və məktəbə gedən şagirdlər itlərin kütləvi hücumuna məruz qalır. Jurnalist Sübhan Məmmədov deyir ki, sakinlər sahibsiz itlərdən qorunmaq üçün əllərində daşla gəzirlər. Bəzən isə yollarını dəyişmək məcburiyyətində qalırlar. Sürü halında gəzən küçə itləri gecə vaxtı daha təhlükəli və aqressiv olurlar. Bu baxımdan gecə vaxtı çölə çıxmağı Siyəzəndə az qala qəhrəmanlıq saymaq olar. Heç kəndlərdə belə Siyəzəndəki kimi, itlərin hürüşməsinə rast gəlmək olmaz. Rayon sakinləri küçələrdə, həyətlərdə və digər yaşayış mərkəzlərində ciddi təhlükə olan sahibsiz itlərinin hücumundan narahat olduqlarını bildirirlər. Son vaxtlar rayonun bir nəçə sakini it dişləməsi nəticəsində ciddi xəsarət alıb. Siyəzən rayonunda problemlə birbaşa məşğul olan aidiyyəti qurum da yoxdur. Doğrudanmı indi kimsə quduz itin dişləməsindən ölməlidir ki, əlaqədar qurumlar hərəkətə keçsin ? Əlbəttə, məndə demirəm ki, itlərin hücumuna qarşı mübarizə üçün onları mütləq güllələmək, öldürmək lazımdır. Odur ki, məndə məsələ ilə bağlı nə edilə biləcəyi ilə maraqlandım. Mütəxəssislər bildirirlər ki, bu heyvanları quduzluğa qarşı iynə vurmaq, axtalamaq, qısırlaşdırmaq mümkündür. Siyəzən rayon sakinləri quduz itlərin mühasirəsindən xilas olacaqları günü səbirsizliklə gözləyirlər. Ümid edirik ki, bu müsahibədən sonra tezliklə aidiyyatı qurumlar bu işlə bağlı bir tədbir görər. Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır AİA.Az Sübhan Məmmədov Şimal Bürosu Geri dön |