Ana Sayfa > Özəl / Dünya > Sakit okeanda 7,7 bal gücündə güclü zəlzələ baş verib
Sakit okeanda 7,7 bal gücündə güclü zəlzələ baş verib22-05-2023, 15:02. Yazar: sevinc1 |
Sakit Okeanın Yeni Kaledoniya sahillərində 7,7 maqnitudada gücündə zəlzələ qeydə alınıb. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri 94 mindən çox insanın yaşadığı Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 416 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 45 km dərinlikdə olub. Zərərçəkənlər və dağıntılar barədə hələ məlumat yoxdur. AİA.Az Sübhan Məmmədov Geri dön |