Ana Sayfa > Özəl / Seçki 2024 > Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası


22-05-2023, 12:47. Yazar: sevinc1
Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası

Masallılar bu günlər dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı daha bir xeyirxah tədbirə şahidlik etdilər. Belə ki, rayonda  Bakı Dövlət Universitetinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı sayəsində ağacəkmə aksiyası baş tutub. BDU-nun rektoru Elçin Babayevin, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun, universitetin professor-müəllim heyətin, hüquq mühafizə orqanları, idarə-müəssisə rəhbərlərin, rayon ictimaiyyətinin nümayəndələrin və tələbələrin iştirak etdiyi aksiya zamanı 100 ağac əkilib.
Ağacəkmə tədbirinin təşkilində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etməkdir.
Masallı camaatın razılığına səbəb olan belə tədbirlərin il boyu davam edəcəyi nəzərdə tutulub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü

Geri dön