Ana Sayfa > Karusel / Özəl / Dünya > Getdikcə daha çox rus və belarus Litvadan qovulur

Getdikcə daha çox rus və belarus Litvadan qovulur


22-05-2023, 10:16. Yazar: sevinc1
Getdikcə daha çox rus və belarus Litvadan qovulur

Bu il Litvanın təhlükəsizliyinə təhdid səbəbindən 347 rus və belarus ölkədə yaşamaq icazəsi ala biməyib. Bu, bütün 2022-ci ildəkindən xeyli çoxdur. Litvanın Miqrasiya Departamentinin rəhbəri Evelina Qudzinskaite Delfi-yə bildirib ki, onu ən çox təəccübləndirən, bəzən müharibəni dəstəkləməyin dövlətin təhlükəsizliyinə təhdid olmadığına qərar verilməsidir.

Qudzinskaite vurğulayıb ki, yoxlamanın sərtləşdirilməsi səbəbindən imtinaların sayı artıb: "Nəzərə almalıyıq ki, əvvəllər müharibə olmayıb, gücləndirilmiş yoxlama da olmayıb. İndi vəziyyət dəyişib, təhlükə artıb və ona görə də təhdidlərin qiymətləndirilməsi sərtləşib."

AİA.Az
Geri dön