Ana Sayfa > Siyasət > Gülən Obamadan imdad diləyir - YENİLƏNİB
Gülən Obamadan imdad diləyir - YENİLƏNİB21-07-2016, 12:19. Yazar: admin |
Gülən ABŞ-dan xahiş edib ki, onu Ərdoğandan qorusun. Pensilvaniya ştatında yaşayan və Türkiyədə hərbi çevriliş cəhdində ittiham olunan FETÖ terror qruplaşmasının lideri Fətullah Gülən ABŞ-ın hakim dairələrinə müraciət edərək ekstradisiya edilməməsini xahiş edib. Bu barədə Reuters agentliyi məlumat yayıb. “Mən Amerika rəhbərliyini siyasi vendettadan irəli gəlmiş bütün sorğuları, o cümlədən mənim ekstradisiya məsələmlə bağlı sorğunu rədd etməyə çağırıram”, – deyə Gülən bildirib. Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest Gülənin ekstradisiya məsələsinin iki ölkə arasındakı şərtlər əsasında həll olunacağını söyləyib. Geri dön |