Ana Sayfa > Manşet / Gündəm > Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib:

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib:


18-05-2023, 11:46. Yazar: sevinc1
Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib:

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

Bildirilib ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

aia.az
Geri dön