Ana Sayfa > Özəl > Siyəzən rayonunda yanğınların qarşısının alınması məqsədilə rayon qərargahının iclası keçirilmişdir
Siyəzən rayonunda yanğınların qarşısının alınması məqsədilə rayon qərargahının iclası keçirilmişdir17-05-2023, 17:46. Yazar: sevinc1 |
Bu gün Siyəzən Rayon İcra Hakimiyyəti başçısının 3 may 2023-cü il tarixli 48 nömrəli sərəncamı ilə yaradılmış Siyəzən rayonunda taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğınların qarşısının alınması məqsədilə rayon qərargahının iclası keçirilmişdir. İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyə sədrləri və aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. İclası çıxış sözü ilə açıq elan edən Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aqşin Ağayev daha sonra Siyəzən rayonu ərazisində taxıl zəmilərində, otlaq sahələrindəvə meşə fondu ərazilərində, açıq meşə və meşə ətrafı sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və cari ilin müvafiq dövrü ərzində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı yanğın təhlükəsizliyinə riayət edilməsi məqsədi ilə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır. Qeyd edək ki, cari ilin may ayının 16-da Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə müşavirə keçirilmiş və müşavirədə digər məsələlərlə yanaşı bu istiqamətdə təcili tədbirlər həyata keçirilməsi üçün tövsiyə və tapşırıqlar verilmişdir. Siyəzən rayonunda taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğınların qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işinin daha səmərəli təşkil edilməsi və aidiyyəti qurumların birgə fəaliyyətinin təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının 3 may 2023-cü il tarixli 48 nömrəli sərəncamı ilə Siyəzən rayonunda taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğınların qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə rayon qərargahı yaradılmışdır. Qərargaha Siyəzən rayonunun ərazisində taxıl zəmilərinin, o cümlədən biçin başa çatdıqdan sonra həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını, təhlükəsizlik tələblərini pozan şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin və digər zəruri təxirəsalınmaz işlərin görülməsini təmin etmək tapşırılmışdır. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və müvafiq bələdiyyə sədrləri Azərbaycan Respublikasının Fövqəladə Hallar Hazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onların tabeliyində olan qurumlardan, “Azərenerji” ASC, “Azərişıq” ASC və onların regional qurumlarından yanğın təhlükəsizliyi, yanğına qarşı müvafiq profilaktiki tədbirlərin görülməsi və biçin mövsümündə taxıl biçinindən sonra biçilmiş yerlərin yandırılmasınının qadağan edilməsi və digər zəruri tədbirlərin görülməsi ilə bağlı daxil olmuş bütün məktublarla tanış edilmiş, onlara fermer və digər torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılması və yanğın təhlükəsizliyi ilə bağlı zəruri tədbirlərin görülməsi tövsiyə edilmişdir. Hazırda bu istiqamətdə profilaktiki tədbirlərin yerinə yetirilməsi üçün təxirəsalınmaz tədbirlər davam etdirilir. AİA.Az Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov Geri dön |