Ana Sayfa > Siyasət / Karusel > Ceyhun Bayramov və Mirzoyan Moskvada görüşəcək

Ceyhun Bayramov və Mirzoyan Moskvada görüşəcək


17-05-2023, 17:07. Yazar: sevinc1
Ceyhun Bayramov və Mirzoyan Moskvada görüşəcək

Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.

aia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Rusiya, Azərbaycan və Ermənistan XİN başçıları Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqların mayın 19-da keçiriləcəyini təsdiqləyib.

Həmçinin, Zaxarova Mirzoyanla Bayramovun ikitərəfli görüşü də nəzərdə tutulduğunu vurğulayıb.

aia.az
Geri dön