Ana Sayfa > Karusel / Özəl / Dünya > Kişida Ukrayna ətrafında vəziyyətin uzanacağını proqnozlaşdırıb
Kişida Ukrayna ətrafında vəziyyətin uzanacağını proqnozlaşdırıb17-05-2023, 10:06. Yazar: sevinc1 |
Yaponiyanın baş naziri Fumio Kişida hesab edir ki, Ukrayna ətrafında vəziyyət uzanmaqda davam edəcək və “Yeddilik” (G7) ölkələri Kiyevi dəstəkləməkdə həmrəy olmalıdırlar. O, bu fikri çərşənbə günü NHK telekanalına müsahibəsində bildirib: “Ukraynada vəziyyətin uzanacağı ilə bağlı qorxular var. Hesab edirəm ki, məhz bu kontekstdə G7 yenidən birləşməli və Ukraynaya qarşı güclü həmrəylik nümayiş etdirməlidir. Rusiyaya qarşı sərt sanksiyalar və Ukraynaya güclü dəstək. Biz bunu davam etdirəcəyik. Mən belə bir siqnalın [G7 sammitində] göndərilməsini vacib hesab edirəm”, - hökumət başçısı bildirib. G7 liderlərinin Xirosimada keçiriləcək görüşü barədə danışan Kişida bunu çox əlamətdar hadisə hesab etdiyini qeyd edib. “Dünya liderləri sülh və sabitlik məsələlərini müzakirə etmək üçün buraya toplaşacaqlar. Problemli beynəlxalq ictimaiyyət tarixi dönüş nöqtəsi ilə üz-üzə qaldığına görə, mən hesab edirəm ki, bu cür müzakirələr üçün Xirosimadan daha yaxşı şəhər yoxdur. Biz həmçinin enerji və ərzaq kimi irimiqyaslı beynəlxalq böhranlarla necə mübarizə aparacağımız sualı ilə üzləşirik”, - deyə baş nazir əlavə edib.Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir. Mayın 19-dan 21-dək “Yeddilik” qrupunun sammiti 1945-ci il avqustun 6-da Amerikanın atom bombasına məruz qalan Xirosima şəhərində keçiriləcək. Sammitə Avstraliya, Braziliya, Vyetnam, Hindistan, İndoneziya, Kuk adaları, Komor Adaları İttifaqı və Cənubi Koreyanın liderləri də dəvət olunub. AİA.Az Geri dön |