Ana Sayfa > Siyasət > Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü
Əli Əsədov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşdü16-05-2023, 17:38. Yazar: sevinc1 |
![]() Azərbaycanın Baş naziri Əli Əsədov mayın 16-da ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb. Bu barədə aia.az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə D.Paçekonun Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi iclasında iştirakı yüksək qiymətləndirilib. İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolu təqdir edilərək Azərbaycanın bu təşkilatla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyi bildirilib. Azərbaycanın İPU-ya üzv kimi səmərəli fəaliyyəti, həmçinin qarşıdakı dövrdə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. aia.az Geri dön |