Ana Sayfa > Özəl > Prezident Rəcəb Tayyib Ərdoğan analara müraciət edib
Prezident Rəcəb Tayyib Ərdoğan analara müraciət edib14-05-2023, 19:09. Yazar: sevinc1 |
Aia.az xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Analar Günü münasibətilə paylaşım edib. Dövlət başçısı qarşılıqsız sevginin, şəfqətin, mərhəmətin təcəssümü olan bütün analarımızın, xüsusilə də şəhid analarının Analar Gününü təbrik edirəm. Prezident həmçinin həyatını itirən analara Allahdan rəhmət diləyib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Analar Günü münasibətilə sosial media hesabında etdiyi paylaşımda “Hər bir uşağı öz övladı kimi görərək, onlara bu hisslərin qarışığı ilə yanaşan xüsusi ürəklərə minnətdarlığımı bildirirəm" deyib. Prezident Ərdoğanın xanımı da sosial media hesabında anaların qəlbləri işıqlandıran, onları duaları ilə qoruyan, vicdanları ilə işıqlandıran bir çıraq olduğunu, dünyaya şəfqətinin yetərli olduğunu paylaşıb. Aia.az Bölgə müxbiri Sübhan Məmmədov Geri dön |