Ana Sayfa > Özəl > DƏHŞƏT ! Şəkidə atasını öldürdükdən sonra mobil telefonunu satıb, əyləncəyə xərcləyən oğul saxlanılıb

DƏHŞƏT ! Şəkidə atasını öldürdükdən sonra mobil telefonunu satıb, əyləncəyə xərcləyən oğul saxlanılıb


14-05-2023, 18:43. Yazar: sevinc1
DƏHŞƏT ! Şəkidə atasını öldürdükdən sonra mobil telefonunu satıb, əyləncəyə xərcləyən oğul saxlanılıb

Mayın 12-də Şəki rayonunun İnçə kənd sakini, 1959-cu il təvəllüdlü İsmayıl Gülüyevin yaşadığı ünvanda meyitinin aşkar edilməsi barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-yaverilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin və Şəki Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri cinayət-prosessual hərəkətlər yerinə yetirilib. Araşdırma zamanı İsmayıl Gülüyevin şəxsi münaqişə zəminində oğlu, 1998-ci il təvəllüdlü Katıf Gülməmmədli tərəfindən mayın 4-də boğularaq öldürülməsi və atasını öldürdükdən sonra onun mobil telefonunu Bakı şəhərinə apararaq orada satması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Katıf Gülməmmədli tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Aia.az
Bölgə müxbiri Sübhan Məmmədov
Geri dön