Ana Sayfa > Manşet / Siyasət > Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub
Brüsseldə keçiriləcək üçtərəfli görüşün təfərrüatı məlum olub13-05-2023, 14:06. Yazar: sevinc1 |
![]() Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli görüş keçiriləcək. Ermənistan KİV-də görüşün təfərrüatı barədə məlumatlar yayımlanıb. Bildirilir ki, Avropa Şurasının rəhbəri mayın 13-ü saat 21 radələrində Ermənistanın baş naziri ilə görüşəcək. Mayın 14-ü saat 11 radələrində Mişelin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparması planlaşdırılır. Üçtərəfli görüş isə mayın 14-də günortadan sonra, saat 15 radələrində başlayacaq. Geri dön |