Ana Sayfa > Gündəm > Azərbaycanda işlər dayandırılacaq?
Azərbaycanda işlər dayandırılacaq?18-07-2016, 15:37. Yazar: admin |
Nazir xəbərdarlıq edir ki, uzun müddət qızmar günəş altında qalmaq məsləhət deyil. “Əmək qanunvericiliyinə əsasən, havanın temperaturu 41 dərəcəyə yüksələrsə, bu halda bəzi sahələrdə işlər dayandırılır və yaxud fasilə verilir”. Bu barədə Oxu.Az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyinin sabiq rəis müavini Məhərrəm Məhərov bildirib. “Fasilə verilirsə, iş günləri daxil edilir və işçiyə əmək haqqı ödənilir. İşlər dayandırılmadığı halda isə əmək haqqının 2/3 misli həcmində əmək haqqı verilir”, - deyə M.Məhərov deyib. Onun sözlərinə görə, əmək mühafizəsi qaydalarının pozulmasına görə isə 2 min manat məbləğində cərimə nəzərdə tutulub. Xatırladaq ki, Əmək qnaunvericiliyinin 233-cü maddəsinə əsasən: - İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. - İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. - İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur. - Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. - İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Qeyd edək ki, Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji xəbərdarlıq da isə bildirilib ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil. Geri dön |