Ana Sayfa > Siyasət > Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar
Milli Məclisin deputatları İstanbulda səfərdə olacaqlar11-05-2023, 16:26. Yazar: sevinc1 |
![]() Milli Məclisin deputatları Əminə Ağazadə və Tural Gəncəliyev Türkiyə Respublikasında keçirilən prezident və parlament seçkilərini ATƏT PA-nın xətti ilə müşahidə etmək üçün mayın 12-də İstanbul şəhərinə səfər edəcəklər. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Deputatlar burada seçkilərə hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər. Səfər mayın 15-də başa çatacaq. aia.az Geri dön |