Ana Sayfa > Manşet > Ərdoğan qiyam zamanı ölənlər üçün hönkür-hönkür ağladı (VİDEO)

Ərdoğan qiyam zamanı ölənlər üçün hönkür-hönkür ağladı (VİDEO)


18-07-2016, 13:11. Yazar: admin


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çevriliş cəhdi zamanı qətl edilən reklamçı Erol Olcan və oğlu Məhəmmədin cənazə mərasimində göz yaşlarını saxlaya bilməyib.

"Erol mənim dostum idi" deyən Ərdoğan çox danışa bilməyəcəyini söyləyib.

Boğaziçi körpüsündə dünyasınlı dəyişən "Arteriya Ajans"ın sahibi reklamcı Erol Olcan (53) və oğlu üçün Marmara Universiteti İlahiyyat Fakültəsi Məscidində mərasim təşkil edilib.

Sabiq prezident Abdullah Gülün də qatıldığı cənazə mərasimində, prezident Ərdoğan gözyaşlarına boğuldu. Ərdoğan cənazə mərasimindəki çıxışını ağlaya-ağlaya tamamlayıb.

Geri dön