Ana Sayfa > Gündəm > Türkiyədə gecə əməliyyatında 7850 polis işdən çıxarıldı

Türkiyədə gecə əməliyyatında 7850 polis işdən çıxarıldı


18-07-2016, 13:08. Yazar: admin


Türkiyədə hərbi çevrilişə cəhddən sonra dövlət qurumlarında aparılan əməliyyat davam edir.

Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifəsindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

Vəzifəsindən azad edilənlərin daha sonra məhkəməyə çıxarılacağı bildirilir.
Geri dön