Ana Sayfa > Qərbi Azərbaycan / Karusel > Modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı

Modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı


11-05-2023, 10:19. Yazar: sevinc1
Modul tipli xəstəxanada müalicə alan koronavirus xəstələrinin sayı

Hazırda TƏBİB-in tabeliyində koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün 1 modul tipli xəstəxana fəaliyyət göstərir.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib:

"Burada ümumilikdə 370 çarpayılıq yer mövcuddur. Çarpayılardan 100-ü reanimasiya üçün nəzərdə tutulub. Xəstələrin müalicəsi ilə 80 nəfər tibbi və qeyri-tibbi heyət məşğul olur".

TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada müalicə alan koronaviruslu xəstələrin sayı da açıqlanıb.

"Hazırda TƏBİB-in tabeliyindəki modul tipli xəstəxanada 9 nəfərin müalicəsi davam etdirilir. Onlardan 5-i Reanimasiya şöbəsindədir. Şöbədə olanlardan 1 nəfər isə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir", - deyə cavabda bildirilib.

Qeyd edək ki, may ayının 5-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti (PHEIC) statusunun bitdiyini bəyan edib.

aia.az
Geri dön