Ana Sayfa > Dünya > Beyonsedən türklərə: “Sizin üçün…” - Video

Beyonsedən türklərə: “Sizin üçün…” - Video


18-07-2016, 12:51. Yazar: admin


Dünya şöhrətli müğənni Beyonse Amsterdamda keçirdiyi konsertində Türkiyədəki hadisələrə reaksiya verib.

İfaçı məşhur “Halo” mahnısını oxumazdan öncə “Bu ifa Türkiyədə həyatını itirən bütün şəxslərə gəlir”,- deyə bildirib.

Konsertin izləyiciləri arasında “Galatasaray”ın hollandiyalı ulduzu Wesley Sneijderin xanımı Yolanthe Cabau da olub. O, instagramdakı şəxsi hesabında videonu paylaşaraq “Gecənin ən gözəl anları. Türkiyədəki itirilmiş canlara həsr olunmuş bir mahnı. Təşəkkürlər Beyonce”- şərhini verib.


Geri dön