Ana Sayfa > Seçki 2024 > Mingəçevir Turizm Kollecinində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Mingəçevir Turizm Kollecinində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib


7-05-2023, 10:23. Yazar: sevinc1
Mingəçevir Turizm Kollecinində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, milli birlik, vətənə bağlılıq hisslərini gənclərə və yeniyetmələrə aşılamaq məqsədi ilə Mingəçevir Turizm Kollecinin, Mingəçevir şəhər Yeni Azərbaycan Partiyası və Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycanın memarı" adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil olunub. Sərginin məqsədi uşaq və gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətləri aşılamaq, milli mədəniyyətimizə və incəsənətimizə marağı artırmaq, gənclərin qabiliyyətlərini üzə çıxarmaq olub. Daha sonra kollecin tələbələrinin Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konsert proqramı təqdim olunub. Tədbirdə Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir şəhər Yeni Azərbaycan Partiyasının sədri Bəxtiyar Mustafayev öz çıxışları ilə birgə tədbirlərin təşkil edilməsini müsbət qarşıladıqlarını və bundan sonra daha sıx iş birliyinin davam etdiriləcəyini vurğulayıblar.
Geri dön