Ana Sayfa > Özəl > Siyəzən rayon sakini özbaşınalığdan şikayət edir

Siyəzən rayon sakini özbaşınalığdan şikayət edir


7-05-2023, 01:18. Yazar: sevinc1
Siyəzən rayon sakini özbaşınalığdan şikayət edir

Siyəzən rayon sakini Muradzadə İsmayıl redaksiyamıza yazıb müraciət edərək rayonda olan haqsızlığa dözməyib həmin əraziyə çəkiliş göndərilməsini istəmişdir. Bölgə müxbirimizin hadisə yerinə gedərək orada çəkiliş apararaq vətəndaşın müraciətini və şikayətini çəkərək bizlərə göndərmişdir.

Müraciətdə bildirilir:


Yazıb sizə bildirirəm ki, mən Muradzadə İsmayıl Daşdəmir oğlu Siyəzən rayon Sədan kəndində anadan olmuşam.


Atam Muradov Daşdəmir Nağı oğlunun Daşınmaz əmlak fərdi yaşayış evi Günay Sığorta tərəfindən 11.12.2019/10.12.2020-ci illərə kimi sığorta olunmuş və 2020-ci ildə evin sürüşərək və divarlarda çatların qəzalı vəziyyətə düşməsi, dam örtüyünün çökməsi əmələ gəlmiş, həmin evin çox təhlükəli vəziyyət halına düşməsi evdə yaşayış üçün təhlükə ilə üzləşmişdir.


Amma, sığorta şirkətlərinin bu cümlədən də Günay sığorta şirkəti insanları aldadaraq pul mənimsəməsi olur. Sığorta şirkəti olan Günay dəymiş ziyanı ödəməkdən boyun qaçıraraq, min cürə bəhanələr edərək məsuliyyətdən boyun qaçıraraq dəymiş ziyanı ödəmirlər və ödəmək istəmirlər.


Mənim atam Muradov Daşdəmir Nağı oğlu Siyəzən rayon İcra Hakimiyyətinə yazılı məlumat vermiş və Rayon İcra Hakimiyyətində evə baxış keçirilmiş və evin qəzalı divarları, dam örtüyünün, əyilmiş qaz xəttinin əyilərək partlayışlar əmələ gətirməsi halında ətraflı foto şəkilləri çəkilmişdir.


Bundan Sonra FHN-nin əməkdaşlarına 112-xidmətinə zəng edərək məlumat verilmiş və həmin əməkdaşlar tərəfindən keçirilən evə baxış zamanı evin foto şəkilləri çəkilmiş və rəy bildirilmişdir ki, evin yararsız vəziyyəti sürüşərək baş vermiş, evin divarlarında yarıqlar əmələ gələrək qəzalı vəziyyətə düşmüşdür.


Ekologiyayadan da məlumat verilmişdir ki, evin qəzalı haqda olması sürüşmədən baş verilmiş hesab edilərək qəzalı halına düşmüşdür.

Amma, Günay Sığorta bunlara heçbir əhəmiyyət verməyərək dəymiş ziyanı ödəmir.


Bu müraciətimi nəzərə alaraq sizdən xahiş edirəm ki, Bölgə müxbirinə verdiyim müsahibə sizin qəzetinizdə işıqlandıraraq, saytınızda və youtube kanalında paylaşasınız.


Müraciətimi görən aidiyyəti Dövlət orqanları və qurumlardan xahiş edirəm ki, atama məxsus yaşayış evinin qəzalı evinə dəymiş ziyanı Günay Sığorta tərəfindən ödənilməsinə köməklik göstərilsin və həmin ev təmir olunaraq bərpa olunsun.


Əlaqə nömrəsi (077)-731-31-57


Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov


Ətraflı videonu təqdim edirik:


Geri dön