Ana Sayfa > Seçki 2024 > Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir


5-05-2023, 17:42. Yazar: sevinc1
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının           100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər davam edir

aia.az xəbər verir ki, 04 - 05 may 2023-cü il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı və Qazax – Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yunan - Roma güləşi üzrə 2011- 2012 - 2013-cü il təvəllüdlü yeniyetmələr arasında rayon turnirinin final mərhələsi keçirildi.
Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin Qazax şəhərində Heydər Əliyev adına parkda ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri düzdülər və Ulu Öndərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiridilər. Tədbir iştirakçıları Heydər Əliyev adına Mərkəzdə Ulu Öndərin və Akademik Zərifə Əliyevanın şərəfli və mənalı ömrünü əks etdirən sərgi və fotostendlə tanış oldular.
Tədbir Azərbaycanın Dövlət Himni səsləndirilməklə başlandı və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı danışaraq, Dahi Rəhbərin gənclərə və idmana göstərdiyi diqqət və qayğısından da geniş bəhs etdi. A. Nəbiyev bu gün respublikamızda Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin dəsti – xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə, uğurla davam etdirilməsini də xüsusilə vurğuladı və idmançılara uğurlar arzuladı.
Sonda rayon turnirinin qalibləri diplomlarla təltif olundu.
Geri dön