Ana Sayfa > Ölkə > Bu marşrut xətti üzrə ödəniş də “BakıKart”la olacaq

Bu marşrut xətti üzrə ödəniş də “BakıKart”la olacaq


5-05-2023, 16:00. Yazar: sevinc1
Bu marşrut xətti üzrə ödəniş də “BakıKart”la olacaq

Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə aia.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

aia.az
Geri dön