Ana Sayfa > Siyasət > Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı

Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı


5-05-2023, 14:27. Yazar: sevinc1
Ceyhun Bayramovla Çavuşoğlu telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

aia.az
Geri dön