Ana Sayfa > Manşet / Siyasət > İran azərbaycanlı diplomatları ölkədən çıxarıb?

İran azərbaycanlı diplomatları ölkədən çıxarıb?


5-05-2023, 10:29. Yazar: sevinc1
İran azərbaycanlı diplomatları ölkədən çıxarıb?

İran Azərbaycanın Tehrandakı Səfirliyindən 2 nəfər, Təbrizdəki Baş Konsulluğundan da 2 nəfər olmaqla, 4 azərbaycanlı diplomatı "persona-non-qrata” (arzuolunmaz şəxs) elan edib.

aia.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Tehrandakı Səfirliyimizdə diplomat fəaliyyət göstərmədiyi üçün Təbrizdəki Baş Konsulluğumuzun 2 diplomatını ölkədən çıxarıb.

Qeyd edək ki, Azərbaycanın Tehrandakı Səfirliyinə terror hücumundan sonra İranın Bakıdakı Səfirliyinin 4 əməkdaşı persona-non-qrata elan edilib, ölkədən çıxarılmışdı.

aia.az
Geri dön