Ana Sayfa > Seçki 2024 > Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

Gədəbəydə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir


4-05-2023, 17:30. Yazar: sevinc1
Gədəbəydə  “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

aia.az xəbər verir ki, 04 may 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tədbirlər planına uyğun olaraq MRX ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.” Mövzusunda görüş keçirildi.
Görüşdə MRX ərazi partiya təşkilatının sədri Firdovsi Sarıyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan edilib. Ulu öndərimizin Azərbaycan  xalqının zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini uğurla inkişaf etdirən dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşayır, yeni zəfərlərə doğru inamla irəliləyir. 
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını qeyd edən YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini,həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində sabitlik diyarı və inkişaf məkanı kimi tanınan, postmüharibə dövründə bütün çağırışlara hazırlıqlı olduğunu qətiyyətlə nümayiş etdirən, regional güc mərkəzi kimi strateji hədəflərə doğru əmin addımlarla irəliləyən ölkəmizin dünya birliyindəki mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini bildirib.Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Görüşdə çıxış edən MRX əməkdaşı, gənc YAP-çı Nurlan Allahverdili Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, titanik fəaliyyətindən ətraflı danışıb.

Geri dön